Cütlük sevgisini mətbuatdan gizlədi

Türkiyənin məhşur aktyoru Okan Yalabık və aktrisa Hande Doğandemir hər kəsdən gizli eşq macərası yaşayır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük artıq 2 aya yaxındır ki, birlikdədir. Münasibətdə olduqlarını gizli saxlayan cütlük ehtiyatı əldən verməyərək media nümayəndələrindən uzaq gəzirlər.

Qeyd edək ki, aktyor Okan Yalabık "Muhteşem yüzyıl", aktrisa Hande Doğandemir isə "Güneşi beklerken" serialından sonra daha da məhşurlaşıblar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə