Əməkdar İncəsənət xadimi, bəstəkar Tahir Əkbər xalq artistlərinin qalmaqal yaratmaqlarını gündəmdə qalmaq üçün etdiklərini söyləyib. O, bu cür üsullara əl atanları aşağı səviyyəli müğənni adlandırıb. Bu haqda SİA-ya bəstəkarın özü açıqlama verib: "Müğənnilərimiz gündəmdə qalmaq üçün səviyyəsiz hərəkətlər edirlər. Onların arasında sağlam rəqabət getmir. İfaçılarımız nadir hallarda həmkarlarını tərifləyirlər. Bir şeyi xüsusi ilə qeyd edim ki, türkiyəli sənətçilər bir-birlərinə həddindən artıq hörmət edirlər".
Tahir Əkbər şou-biznesdə ara qarışdıranların çox olduğunu da xüsusilə vurğulayıb: "Şou-biznesdə ara vurub, ev yıxanlar çoxdur. Xalq artistlərimizin də mərdimazarlara inanmaqları dava-dalaşa səbəb olur. Gərək müğənnilərimiz bəzilərinin dediyi sözlərə uymasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB