Sənətçi klip çəkdirəcək

Azərbaycanlı müğənni Lamiyə Novruzova yeni mövsümdə klip çəkdirməyi düşünür. O, "Bitərsə-bitsin" adlı mahnısını ekranlaşdıracq. Bu haqda SİA-ya sənətçinin prodüsseri Təranə Səmədova məlumat verib: "Lamiyə yaxın vaxtlarda "Bitərsə-bitsin" adlı bəstəsini lentə aldıracaq. Klipin sujet xətti də olacaq. Sözügedən mahnıya ekran işini Anar Hüseynov verəcək".

Qeyd edək ki, "Bitərsə-bitsin" adlı mahnının sözləri Aygün İsmayılovanın, musiqisi Pərviz Mahmudovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə