Zamiqin konsert anonsu yayıldı FOTO

Müğənni Zamiq Hüseynovun solo konsertinin anonsunun videosu yayılıb. SİA-nın verdiyi xəbərə görə, ifaçının "Bu şəhəri çox sevirəm" adlı konserti baş tutacaq. Sözügedən konsertin anonsu Zamiqin maraqlı monoloqu ilə yadda qalıb.

Nəzərinizə çatdıraq ki, Zamiq solo konsertində Röya ilə duet oxuyacaq.

Qeyd edək ki, Z.Hüseynovun konserti sentyabrın 18-i "Yaşıl Teatr"da keçiriləcək.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə