Xəbər verdiyimiz kimi, Türkiyənin məhşur DJ-i Onur Ergin Bakıda konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, DJ anons vasitəsilə sevənlərini konsertinə dəvət edib. Onur Ergin oktyabr ayının 13-də dəniz kənarında yerləşən AF Hotel-də konsert verəcək. Onunla eyni səhnəni DJ Roşka bölüşəcək.
Nəzərinizə çatdıraq ki, gecəni idarə etmək Novruz İsmayılova həvalə olunub. Müzəffər Qarayevin təşkil etdiyi konsertdə DJ-lər gənclər üçün möhtəşəm şou göstərəcək.
Qeyd edək ki, sözügedən konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB