Hər kəsin böyük maraqla gözlədiyi "Bozbash Pictures" serialı yeni mövsümdən start götürür. SİA-nın verdiyi xəbərə görə, bu haqda aparıcı və aktyor İlkin Həsəni sosial şəbəkədə məlumat verib: "Bu da bizim yeni anonsumuz. Sentyabr ayının 21-i saat 23:00-da efirdəyik". Onu da nəzərinizə çatdıraq ki, izləyicilərin böyük səbrsizliklə gözlədiyi sözügedən serial, hər kəsin üzündə gülüş yaradacaq.
Qeyd edək ki, yeni çəkilişləri ilə Azərbaycanı qarış-qarış gəzən "Bozbash Pictures" komandası öz maraqlı bölümləri ilə tamaşaçıları yenidən güldürəcək.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB