Aktyorun üzünə 35 tikiş vuruldu

Türkiyənin məhşur aktyoru Berk Oktay ötən gün xoşagəlməz hadisə yaşayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyoru it dişləyib. Belə ki, evində saxladığı "Rottweiler" cinsi olan it aktyorun üzünü yaralayıb. Olduqca çətin vəziyyətə düşən Berk yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, aktyor Berk Oktayın üzünə həkimlər 35 tikiş vurub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə