Azərbaycanlı müğənni, vokalist Aqşin Abdullayev beynəlxalq etnik, folklor və vokal festivalı olan "Vostocnıy bazarın"-ın qalibi olub. SİA-nın verdiyi məlumata görə, təmsilçimiz 24 iştirakçı arasında ən yüksək ball toplayıb.
Festivalın münsiflər heyəti sırasında azərbaycanlı müğənni Roza Zərgərli və "Vostocniy bazar-2012" qran-prisinin sahibi Cəlal Abbasov olublar. Roza Zərgərli festivalın qala-konsertində canlı ifa ilə çıxış edib.
Nəzərinizə çatdıraq ki, festivalı canlı yayımda TRT-Avaz СТБ (Белоруссия) ГТРК "Крым", ТНВ Курай-ТВ Ariana, BRT, Journal TV kanallarında nümayiş olunub.
Qeyd edək ki, "Vostocniy bazar" Şərqi Avropanın ən məhşur festivalarından biridir. Festival Ukrayna Mədəniyyət Nazirliyinin patronajı altında keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB