Flora Kərimova: “Ölməmişəm, yaşayıram”

Flora Kərimova: “Ölməmişəm, yaşayıram”

Xalq artisti Flora Kərimova ağır avtomobil qəzasına düşüb. Hadisə Masazırdan Novxanıya gedən yolda Duz gölünün yaxınlığında baş verib. Qəza şahidlərinin sözlərinə görə, maşını xalq artistinin rəfiqəsi idarə edib. Qəza o qədər ağır olub ki, F. Kərimovanın qolu qırılıb. Maşın isə istifadəyə yararsız vəziyyətə düşdüyündən, hadisə yerindən evakuasiya xidməti vasitəsi ilə aparılıb.

Məsələni aydınlaşdırmaq üçün xalq artisti Flora Kərimovayla telefon əlaqəsi yaratdıq. Bu haqda SİA-ya danışan Flora xanım qolunun sındığını təkzib edib: "Rəfiqəmin avtomobili ilə gedirdik. Bir anda üstümüzə maşın gəldi. O məqam qızım Zümrüddən tutdum. Qarşıdan gələn avtomobil bizim maşına toxunan kimi şarlar açıldı. Hazırda çox yaxşıyam. Qolum sınmayıb. Bilmirəm bu hadisəni şişirtməklə nəyə nail olmaq istəyirlər? Mənim yoxluğum kimləri narahat edirsə, Allah onlara səbr versin. Çünki ölməmişəm, yaşayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə