Sənətçi: “Göydə də oxuya bilərəm”

Sənətçi: “Göydə də oxuya bilərəm”

Komplekssiz müğənni Nadir Qafarzadə konsertindən danışıb. O, həmin gecədə sürprizlərin olacağını deyib. Bu haqda SİA-ya danışan Nadir rəqs qrupları ilə birgə səhnəyə çıxacağını söyləyib: "Sentyabrın 13-də keçiriləcək konsertimdə həm iş, həm də əyləncə var. Əsas odur ki, ortada sənət var. Dayanmadan məşq edirik. Konsert zamanı daha da möhtəşəm şoular olacaq. Rəqs qrupları ilə birgə ifalarımı səsləndirəcəm. Onu da deyim ki, konsertdə tamaşaçıların gözləmədiyi yerdən çıxıb, göydə də oxuya bilərəm. Həmin gecədə çox şey olacaq. Məndən surprizlər gözləyin".

Qeyd edək ki, Nadir Qafarzadənin konserti "Yaşıl Teatr"da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə