Kərim mahnısını sevənlərə həsr etdi

Kərim mahnısını sevənlərə həsr etdi

Müğənni Kərim Abbasov yeni, "Sevəcəm" adlı mahnısını sevənlərinin ixtiyarına verib. İfaçı yaxın zamanlarda sözügedən bəstəyə klip çəkdirməyi də düşünür. Bu haqda SİA-ya Kərimin özü məlumat verib: "Mahnımı bütün sevənlərə həsr edirəm. Əminəm ki, bu mahnı hit olacaq. Bəstənin musiqisi və sözləri Nixadanın, aranjimanı isə Rübail Əzimovundur. Klip hazır olan kimi, təmtəraqlı şəkildə təqdimatını keçirəcəm".

Qeyd edək ki, ifaçı yaxın aylarda pərəstişkarlarına albom təqdim etməyi də düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə