Ukraynalı müğənni Bakıya gəlir

Ukraynalı müğənni Karolina Kuek Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, sözügedən konsert proqramı noyabrın 23-də baş tutacaq.

Nəzərinizə çatdıraq ki, Karolina Kuek "Eurovision-2008" yarışmasında "Shady lady" mahnısı ilə ikinci olub.

Qeyd edək ki, sənətçi Murat Nalçacıoğlu ilə evlidir və Ukraynanın BMT-də xoşməramlı səfiridir.

Bütün xəbərlər Facebook səhifəmizdə