Azərbaycanlı müğənni Roza Zərgərli beynəlxalq festivalın münsiflər heyəti kürsüsündə əyləşəcək. SİA-nın verdiyi xəbərə görə, söhbət etnik, folklor vokal sənəti festivalı olan "Vostocnıy Bazardan" gedir. Festivalın açılışı bu gün Krımda, Qara dənizin cənub sahillərində baş tutacaq. Azərbaycanı festivalda gənc vokalçı Aqşin Abdullayev təmsil edəcək.
Qeyd edək ki, Roza Zərgərlinin artıq bir münsif təcrübəsi var. O bu il Türkiyədə TÜRKSOY-un təşkilatcılığı ilə baş tutan "Silifke Musiqi Haftası" beynəlxalq festivalında münsif qismində çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB