Mahnının sözləri kimindir? FOTO

Röyanın yeni "Çarəsiz xəstəlik" mahnısı üstə dava düşüb. SİA-nın verdiyi xəbərə görə, mahnıənın sözlərini yazan Leyli İsrafilovanın başqa şairin şeirini öz adına çıxdığı haqqında şaiyələr gəzdiyini bildirib: "Azad İsayev adlı şair Röyanın "Son görüş" mahnısının sözlərini yazıb. Hazırda isə harada olduğu bilinmir. Deyilənlərə görə, Pərviz Mahmudovun musiqisinə yazdığım "Çarəsiz xəstəlik" adlı şeiri guya Azad yazıb və bəstəkara da deyib ki, istəmirəm adım çəkilsin. Yoxsa oxumazlar, qoy Leylinin adı getsin. Nəzərinizə çatdırm ki, "Çarəsiz xəstəlik" bəstəsini dostumun sifarişi ilə keçən il yazmışam. Bir məsələyə toxunum ki, Azad İsayev mənə 50.000 manat bağışlasın. Müəllif hüquqlarından imtina edim. Nə şiş yansın, nə kabab. Bir də bir şey var, bu sözü deyən adam həm şair, həm hacıdır. İnanmıram ki, həccə gedəsən, Tövnə qapısında tövbə edəsən, Kəbəni fırlanasan, Allaha dua edəsən, şeytan daşlayasan və sonda insan haqqını yeyəsən".

Məsələ ilə bağlı qarşı tərəfin iş adamı və şair Azad İsayevində fikirlərini də öyrəndik: "Barəmdə çıxan xəbərləri oxudum və çox məyus oldum. Çünki mən Leyli İsrafiovanın Röya üçün yazdığı sözləri mənimsəməmişəm. Röya ilə heç bir iş birliyim yoxdur. Sözügedən mahnını da eşitməmişəm. Leylinin xətrini çox istəyirəm və sənətini də şair kimi bəyənirəm. Qeyd edim ki, İstanbulda yaşayıram və burada şirkətlərim var. Həm də şairlik fəaliyyətimi davam etdirirəm. Yaxın vaxtlarda türk müğənniləri mənim sözlərimə bəstələnmiş mahnılar oxuyacaqlar və 16 mahnı işıq üzü görəcək. Adlarını hələ ki, çəkə bilmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə