Türk məhşurlarının fərqli alışqanlıqları FOTO

Türk məhşurlarının fərqli alışqanlıqları FOTO

Türkiyə mətbuatı yenə də maraqlı araşdırma edib. Belə ki, media nümayəndələri məhşur simaların fərqli alışqanlıqlarını ortaya çıxarıblar. Onları SİA oxucularına təqdim edirik:

Müğənni Murat Boz yaşıl almanı çox sevir. Harda görsə, mütləq yeməlidir. Əgər istədiyi vaxt yeyə bilməsə, gözlərindən yaş gələr.

Müğənni Demet Akalın isə səhnəyə göz muncuğu taxmadan çıxmır. Mikrofonu əlinə almazdan əvvəl göz muncuğunu taxır.

Model Deniz Akkaya hər zaman rəfiqələrinin ad günlərində mavi gül alıb göndərir.

Aktrisa Hande Ataizi avtomobil qəzasından qorxur. Buna görə də hər dəfə maşın idarə edəndə müxtəlif dualar oxuyur.

Müğənni Ziynet Sali isə zəlzələdən qorxur.

Aktrisa Bergüzar Korel dənizdə ayağına yosunun toxunmasından narahat olur. Buna görə də hər zaman dənizə girərkən fikri yalnız ayaqlarının altında olur.

Türkiyənin "İmperator"u İbrahim Tatlıses isə təmizliyi çox sevdiyi üçün hər zaman getdiyi yerlərdə səliqə-sahmana və rahatlığa xüsusi diqqət yetirir.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə