Türkiyənin məhşur müğənnisi Ebru Gündeşin hamilə olması haqqında bir neçə həftə bundan əvvəl xəbər vermişdik. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, ifaçının 9 həftəlik körpəsi ölüb. Belə ki, sənətçi müayinə olmaq üçün həkimə gələndə gözləmədiyi xəbər eşidib. Həkimlərin sözlərinə əsasən, Ebrunun bətnindəki körpənin ürəyi dayanıb. Öyrəndiyi xəbərdən şok keçirən müğənni təcili əməliyyata salınıb. Daha sonra isə bu sözləri söyləyib: "Övladım öldü. Onu doğrayıb, çıxardılar".
Qeyd edək ki, müğənni Ebru Gündeş və biznesmen Rıza Zerrabın 2011-ci ilin oktyabr ayında Alara adlı qızı dünyaya gəlib.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB