Əməkdar artist Firuzə İbadova qızı Hülyadan danışıb. O, övladının boşandığını deyən insanlardan hətta küsdüyünü söyləyib. Bu haqda SİA-ya açıqlama verən Firuzə xanım bunları deyib: "Mənim ən zəif nöqtəm qızım Hülyadır. Onun boşanıb-boşanmadığı haqda maraqlananda əsəbləşirəm. Bəziləri də söyləyir ki, Hülyanın həyat yoldaşı xaricdədir. Mən şəxsi həyatımı ortalığa qoyan sənətçilərdən deyiləm. Hərənin öz qisməti var. Onu da deyim ki, Hülya haqqında olmayan sözləri danışan yaxın dostlarımdan belə incimişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB