Rəqsanə hüquqşünas olacaq

Müğənni Rəqsanə İsmayılova və qızı Aysun İsmayılova tələbə adını qazanıblar. Bu barədə SİA-ya sənətçinin özü danışıb: "Bu yaxınlarda Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil oldum. Bu, öz seçimim idi. İstəyirəm ki, həmin fakültəni bitirdikdən sonra orada işləyim. Yaşım 34 olsa da, öyrənmək gec deyil. Qızım Aysun da Kooperasiya Texnikumunun Dizaynerlik fakültəsinə daxil olub. Bacım oğlu Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alacaq. Ayın 10-da Moskvaya gedəcəyik, dərsdə olmalıyıq".

Qeyd edək ki, Rəqsanə 40 yaşından sonra el şənliklərində iştirak etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə