Həkimlər ifaçının oxumağına qadağa qoydu

Həkimlər ifaçının oxumağına qadağa qoydu

Türkiyənin məhşur müğənnisi Ajda Pekkanın bu aralar səhnəyə çıxmamasının səbəbi məlum olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçının səhhətində problem yaşanıb. Belə ki, son vaxtlar sənətçinin ürək ağrılarına görə, həkimlər səhnədə çıxış etməsinə icazə verməyib.

Nəzərinizə çatdıraq ki, əgər Ajda Pekkan səhnəyə çıxsaydı 250 min türk lirası pul qazanacaqdı.

Qeyd edək ki, müğənni Ajda Pekkanın anası Nevin Doruca 1999-cu ildə Marmarada baş verən zərzələdən qorxduğu üçün infakt vuraraq dünyasını dəyişib. İfaçı da artıq 5 ildir ki, həkimlər tərəfindən ürək ağrısı dioqnozu ilə müalicə alır.

Sənətçi səhhətini qorumaq üçün bu qaydalara əməl edir:

1. Hər gün Allahın verdiyi hər şeyə görə şükür etmək

2. Mənfi düşüncələrdən uzaq olmaq

3. Mənəvi olaraq özünü hər zaman inkişaf etdirib insanlarla gülər üzlə rəftar etmək

4. Qızardılmış quru yeməklərdən və xəmir məhsullarından uzaq olmaq

5. Həftənin 4 günü davamlı olaraq idmanla məşğul olmaq

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə