“Meqastar” mahnının sözlərini unutdu

“Meqastar” mahnının sözlərini unutdu

Türkiyənin "Meqastar"ı Tarkanın başına maraqlı hadisə gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi konsert proqramı ilə çıxış edərkən ifa etdiyi "Hatasız kul olmaz" mahnısının sözlərini unudub. Daha sonra özünü itirməyən "Meqastar" zarafat etməyi də unutmayıb: "Arada belə hadisələr də yaşanır".

Nəzərinizə çatdıraq ki, Tarkanın əvvəlki çıxışlarında olduğu kimi, bu konsertində də ifaçının fanatları onun üçün 50 metrlik afişa hazırlayıblar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə