Rəqqasə sevənlərinə surpriz hazırlayır

Rəqqasə sevənlərinə surpriz hazırlayır

Son zamanlar biznes-ledi kimi tanınan rəqqasə Fatimə Fətəliyeva müğənni Nadir Qafarzadənin "Maral" mahnısına rəqs nömrəsi hazırlayıb. SİA-ya açıqlama verən rəqqasə bildirib ki, o, yeni rəqsini sentyabrın 13-də müğənni N.Qafarzadənin "Yaşıl Teatr"da gerçəkləşən konsertində təqdim edəcək: "Artıq istirahət mövsümünü geridə qoyduq. Dincəlsəm də yaradıcılıqla bağlı işlərimə fasilə vermədim. Bu müddətdə yeni rəqslər hazırladım. Daha sonra 2-ci biznesim olan xınayaxdı mərasimlərinin təşkilini yeni adda "Banu servis" adı altında açdım. Düşünürəm ki, bu yeni xidmət növüm də Azərbaycanda tanınacaq. Bundan əlavə şou-biznesdə say-seçmə dostlarımdan olan N.Qafarzadənin konsertinə hazırlaşıram. "Maral" adlı rəqsi də həmin konsertdə nümayiş etdirəcəyəm. Hazırda çox sıx iş rejimində çalışıram. Bu mövsümdə yeniliklərim bol olacaq. Bir çox yeni, gözlənilməz layihələrə imza atacağam. Hazırda həmin layihələrin yekunlaşma prosesi gedir. Tam ərsəyə gəldikdən sonra pərəstişkarlarıma təqdim edəcəyəm. Gözləməyə dəyər".

Bütün xəbərlər Facebook səhifəmizdə