Günay İbrahimli konsertində hər kəsi təəccübləndirdi

Günay İbrahimli konsertində hər kəsi təəccübləndirdi

Günay İbrahimli "Yaşıl teatr"da solo konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi ifası ilə yanaşı, maraqlı rəqs nümayiş etdirib. Günayın geyimləri isə hər kəsi təəccübləndirib. İmici ilə özünü xarici müğənnilərə bənzədən İbrahimli fərqli görünüb. Gecəni idarə etmək Nanə Ağamalıyevaya həvalə olub.

Nəzərinizə çatdıraq ki, Günay İbrahimlinin xoş günündə sənət dostlarından həmkarı Elnur Məmmədov, aktyor Fərda Xudaverdiyev və başqaları iştirak edib.

Qeyd edək ki, konsert proqramı "Azərbaycan" adlı mahnının ifası ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə