Türkiyənin iki məhşur ulduzu Ebru Gündeş və Serdar Ortaç yenidən bir araya gəliblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçilər 5 illik fasilədən sonra yenidən birgə konsert verəcəklər. Öz konsertlərində hər zaman S.Ortaçın hit mahnılarını oxuyan Ebru bu dəfə sözügedən bəstələri sahibi ilə birlikdə səsləndirəcək.
Qeyd edək ki, müğənnilər Ebru Gündeş və Serdar Ortaç sentyabr ayının 8-də baş tutacaq konsertdə həm solo, həm də duet ifa edəcəklər.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB