“Sərxoş oldum”

Xalq artisti Faiq Ağayev növbəti hitə imza atır. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Sərxoş oldum" adlı mahnını sevənlərinə təqdim edəcək.

Qeyd edək ki, sözügedən bəstənin sözləri və musiqisi Xanım İsmayılqızına məxsusdur.

Xalq artisti Faiq Ağayev "Sərxoş oldum" mahnısının sözlərini şəxsi "Facebook" səhifəsində paylaşıb:

"İçdim yenə sağlığına,

İçdim eşqin varlığına,

İçdim tənhalığıma...

İçirəm mən dönə-dönə,

İçirəm unudum yenə,

İçirəm... Şərəfinə!"

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə