Məhşur müğəninin 200 evi var

Türk məhşurları hər zaman öz var-dövlətləri ilə insanları heyrətləndirməyi bacarıblar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onlar arasında ən çox pul qazanan isə müğənni Emrahdır. Belə ki, sənətçi uşaq yaşlarından səhnədə olduğu üçün kifayət qədər sərvət yığıb. İfaçı pullarının böyük hissəsini isə daşınmaz əmlaka xərcləyir.

Qeyd edək ki, Emrahın Türkiyənin ən bahalı yerləri olan Etiler və Leventdə 200 evi, bununla yanaşı 12 mağazası və 2 milyon dollar dəyərində idman kompleksi mövcuddur.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə