“Səni axtarıram”a rəqib gəlir

Uzun zamandır haqqında müxtəlif şayiələr yayılan teleaparıcı Ulvira Qarayevanın işlədiyi ANS kanalından qovulması xəbəri yalan çıxıb. Belə ki, teleaparıcı yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. SİA-nın verdiyi xəbərə görə, Ulvira "Gözüm yolda" adlı veriliş aparacaq. Aparıcı verilişinin anonsunu da artıq verib. Ulvira yeni layihəsində yaxınlarını axtaran insanlara öz verilişi ilə onları tapmaqda yardım edəcəyini bu sözlərlə xüsusilə vurğulayıb: "Kimisə axtarırsınız? Bizimlə əlaqə saxlayın, sizi axtardığınıza qovuşduraq".

Nəzərinizə çatdıraq ki, sözügedən layihə ATV telekanalında Xoşqədəm Xidayətqızının təqdimatında yayımlanan "Səni axtarıram" verilişinə bənzədiyi də nəzərlərdən qaçmayıb.

Qeyd edək ki, "Gözüm yolda" proqramı ANS telekanalında yeni mövsümdən start götürəcək.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə