Rejissor Nail Naiboğlu yeni mövsümə ciddi hazırlaşıb. O, sentyabrın 2-dən etibarən müəllifi olduğu "Klip Parad" verilişinin yeni mövsümüylə bağlı fərqli addımlar atıb. Bu barədə SİA-ya Nail Naiboğlu özü məlumat verib və bildirib ki, verilişin yeni siması da məlumdur: "Bu mövsümdə simamız, Azərbaycanın xalq artisti Aygün Kazımova olacaq. Kliplərə gəldikdə, milli kliplərlə yanaşı xarici ulduzların klipləri də yayımlanacaq. Verilişin "10-luq" bölümünü isə "Top 5" bölümü ilə əvəz etmişik. Bu bölümdə Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi, Elton Hüseynəliyev və Fərid Məmmədov yeni kliplərini yarışdıracaqlar".
Hazırda Qəbələdə ailə üzvləriylə istirahət edən N.Naiboğlu onu da əlavə edib ki, veriliş sentabrın 2-dən başlayaraq həftə içi 5 gün ərzində "Lider" telekanalında yayımlanacaq.
Qeyd edək ki, layihənin prodüsseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB