Estrada müğənnisi Nadir Qafarzadə həyat yoldaşından danışıb. O, arvadına heç vaxt xəyanət etmədiyini dilə gətirib. SİA-ya açıqlama verən Qafarzadə arvadının toxunulmaz olduğunu xüsusilə söyləyib: "Allah həyat yoldaşımı əlimdən almasın. Onsuz həyat olmaz. O, atam, anam, bacı, qardaşımdır. Bir sözlə, hər şeyimdir. Hətta bəzən düşünürəm ki, həyat yoldaşım məni dünyaya gətirib. Ona çox öyrəşmişəm. Toxunulmazdır. Arvadıma heç vaxt xəyanət etmərəm. Onu da deyim ki, Allah səsimi, var dövlətimi, gözümü əlimdən alsın, ancaq bircə ona dəyməsin. Çünki həyat yoldaşım məni gözsüz, səssiz, pulsuz da sevəcək. O, mənim hər bir halımı bəyənir. Onu 20 ildir ki, tanıyıram və çox güvənirəm. Etibarlı xanımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB