Məhşur müğənni arvadını ölümlə hədələdi

Məhşur müğənni arvadını ölümlə hədələdi

Türkiyənin məhşur müğənnisi Emre Altuğ həyat yoldaşı model və teleaparıcı Çağla Şikel ilə bağlı şok açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı jurnalların birinə verdiyi müsahibədə həyat yoldaşına güvəndiyini xüsusilə vurğulayıb: "Sadəcə Türkiyənin deyil, dünyanın ən gözəl qadınlarından bir ilə evliyəm. Qadınımın hərəkətləri ilə qürur duyuram. Hər səhər onunla birlikdə oyandığım üçün Allaha şükr edirəm. Çağlayla dost olmağımız da evliliyimizə xüsusi rəng qatır. Bir-birimizə sərbəstlik vermişik".

Müğənni xanımını onun əlindən almaq istəyənlərə də xəbərdarlıq edib: "Əminliklə deyə bilərəm ki, yalnış hərəkətə görə, hər ikisinin başını kəsə bilərəm. Çağlaya bu sözləri deyərək təslim olub güvənmişəm. Ağzından çıxan hər bir kəlməyə inanıram".

Qeyd edək ki, müğənni Emre Altuğ və həyat yoldaşı model və teleaparıcı Çağla Şikel 2008-ci ilin avqust ayında ailə həyatı qurublar. Kuzey, Mert və Uzay adında oğulları var.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə