Günay İbrahimli üçün xalq artisti minnətçi düşdü

Günay İbrahimli üçün xalq artisti minnətçi düşdü

Azərbaycanın estrada müğənnisi İlhamə Quliyeva millət vəkili Novruz Aslandan Günaya mahnı yazmasını istəyib. SİA-nın xəbərinə görə, Millət vəkili xalq artistinin təklifi ilə razılaşıb.

Məsələ haqda Günay İbrahimlinin özü ilə əlaqə saxladıq. Xanım İbrahimli söhbəti təsdiqləyərək bunları dedi: "Bir neçə gün öncə xalq artisti İlhamə Quliyeva ilə eyni tədbirdə idim. Mahnımı oxuyub bitirdikdən sonra xalq artisti hər kəsdən məni alqışlamalarını istədi və ünvanıma tərif yağdırdı. Həmin an millət vəkili Novruz Aslana üz tutaraq xahiş etdi ki, mənə mahnı yazsın. O da razılaşdı. Onu da deyim ki, "De onun adı nədi" bəstəmi Novruz Aslan çox bəyənir".

Bütün xəbərlər Facebook səhifəmizdə