Nadir Qafarzadənin mətbuat konfransı belə keçdi

Nadir Qafarzadənin mətbuat konfransı belə keçdi

Nadir Qafarzadə sentyabrın 13-də Yaşıl Teatrda verəcəyi konsert öncəsi mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, mətbuat işçilərini başına yığan müğənni verəcəyi konsertin məşqini edib. Bir neçə saat canlı ifa edən N.Qafarzadə daha sonra jurnalistlərin suallarını cavablandırıb: "Öncə konsertimi təşkil edən Nahid Emiloğluna minnətdarlığımı bildirirəm. Düşünürəm ki, müğənni yalnız toyda, el şənliklərində öz sənətini göstərməməlidir. Azərbaycan müğənniləri nə qədər çox konsertlərdə çıxış etsələr, onların özlərinə inamı artar. Bu zaman onlar ölkədən kənarda da tanınmağa can atar və tanınarlar. Artıq konsertimə sayılı günlər qalıb. Orada fərqli Qafarzadə görəcəksiniz. Həm rəqs qruplarının çıxışı, həm də canlı musiqi konsertimə gələnlərin zövqünü oxşayacaq".

Qeyd edək ki, sənətçi mətbuat konfransında media mənsublarına canlı olaraq rəqs qrupu ilə birlikdə rəqs edib və oxuyub.

Foto müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə