Azərbaycanlı sənətçi kimə aşiq oldu?

Azərbaycanlı sənətçi kimə aşiq oldu?

İlhamə Qasımova "Mən səni sevirəm" adlı yeni mahnısını təqdim edəcək. Bu haqda SİA-ya xanım Qasımovanın özü məlumat verib: "Nəhayət, tezliklə Murad Arifin bəstələdiyi gözəl mahnını sizlərə təqdim edəcəm. Bəstə Azərbaycan dilindədir. Hazırda aranjiman işləri ilə məşğuluq. Aranjimançı çox professional şəxsdir. O, bir çox Avropa və Rusiya hit mahnılarının prodüsseridir. Mahnı çox gözəldir. Bütün sevənlər üçün sevgi himni və valsi olacaq. Ümid edirəm ki, bəyəndiyiniz insanlara bu mahnının sözləri ilə sevginizi etiraf edə biləcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə