Aktrisa çəkiliş vaxtı dava saldı FOTO

Aktrisa çəkiliş vaxtı dava saldı FOTO

Türkiyənin məhşur aktrisası Fahriye Evcen serial çəkilişi zamanı dava salıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa makiyajını istədiyi kimi etmədiyi üçün vizajistlə mübahisə edib. 3 saat davam edən söz-söhbət səngidikdən sonra isə çəkilişlər yenidən başlayıb. Lakin növbəti dəfə isə aktrisa işıqçı ilə dalaşıb. Əsəblərinə hakim olmayan Fahriye çəkilişi yarımçıq qoyaraq oradan uzaqlaşıb. Jurnalislərdən biri isə xəbərin doğru və ya yalan olduğunu öyrənmək üçün aktrisaya zəng edib. Fahriyenin cavabı isə tamamilə fərqli oub: "Çəkilişimiz çox gözəl keçir. Orada xoş anlar yaşayırıq. Hər birimiz gözəl iş ərsəyə gətirməyimizdən böyük zövq alırıq. Nədənsə kimlərsə yaradıcılığımızda səhvlər axtarırlar. Şayiə yayanlara təəssüf hissi ilə demək istəyirəm ki, heç bir mübahisə yaşanmayıb. Sadəcə işimizə zərər verilməsi üçün hazırlanmış təxribatdır".

Qeyd edək ki, aktrisa Fahriye Evcenin bir müddət bundan əvvəl çəkildiyi "Yalancı bahar" serialındakı çəkilişdə problem yaratdığı haqqında xəbər yayılmışdı.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə