Rəqqas “Çayçı”lıq etdi

Rəqqas İlham Kərimli köhnə mahnıya yeni nəfəs verib. SİA-ya açıqlama verən Kərim bildirib ki, film musiqisi kimi tanıdığımız "Xəzərim"ə "Çayçı" rəqsi hazırlayıb: "Mahnının aranjimanı Seymur Kərimova məxsusdur. Burada qədim Bakı, İçərişəhər və ata-babalarımızın toplaşdığı çayxanaları təsvir etmişik. Sözügedən rəqsin quruluşu da xoreoqraf Fərhad Vəliyevə məxsusdur. "Çayçı" rəqsində yeni baxış və sujet xətti var. Mən də bu rəqsi böyük həvəslə ifa etmişəm".

Qeyd edək ki, "Çayçı" rəqsi yeni mövsümdən televiziya ekranlarında təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə