Pop musiqisinin əfsanə səsi Madonna qazancı ilə digər həmkarlarını geridə qoymağı bacarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünyanın ən çox qazanan tanınmışların siyahısı məlum olub. Beləliklə, Madonna 2013-cü ildə ən çox qazanan müğənni olub. Bu il sənətçi 125 milyon dollar pul qazanıb. Gəlirinin əsas hissəsini isə ifaçının dünya turnesi təşkil edib.

İkinci yerə "Oscar" mükafatına layiq görülmüş rejissor Steven Spielberg layiq görülüb. Rejissorun illik gəliri isə 100 milyon dollardır.
.jpg)
Nəhayət 3-cü yeri isə 95 milyon dollar gəlir əldə edən 3 məhşur simalar bölüşüb. Biri televiziya rejissoru Simon Cowell, digəri radio aparıcısı Howard Stern və sonuncusu isə yazıçı E.L.James yer alıb.


.jpg)
Qeyd edək ki, 55 yaşlı Madonnanın rəqibi dünya şöhrətli ulduz 27 yaşlı Lady Gaga isə siyahıda 80 milyon dollarla 10-cu yeri tutub.

Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB