Nail:“Hər işin müəyyən qarşılığı var”

Nail:“Hər işin müəyyən qarşılığı var”

Müğənnilər Yaşar Cəlilov və Niyam Salami ifa etdikləri yeni duetə klip çəkdiriblər. Bu barədə klipin rejissoru Nail Naiboğlu SİA-ya məlumat verib. O bildirib ki, müğənnilərin ifa etdikləri "Nağıl" adlı mahnının klipi Gürcüstanda Batumidə 3 gün ərzində çəkilib.

Klipmeyker sözügedən klipin bahalı olmadığını da deyib: "Yaşar da, Niyam da mənim yaxın dostlarımdır. Bizim aramızda pul söhbəti ola bilməz. Amma hər işin müəyyən qarşılığı var".

Qeyd edək ki, "Nağıl" adlı bəstənin sözləri Azər Şirinə, musiqisi Ramal İsrafilova məxsusdur. Klipin operatoru Emin Hüseynov, prodüsseri isə Pərviz Oqtayoğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə