Məhşur aktrisa serial qiymətini qaldırdı

Məhşur aktrisa serial qiymətini qaldırdı

Türkiyənin məhşur aktrisası Beren Saat serial qiymətni qaldırıb. SİA-nın türk mətbuaatına istinadən verdiyi xəbərə görə, aktrisa həmkarı aktyor Kıvanç Tatlıtuğun serialda hər bölümə görə, 65 min türk lirası aldığını biləndə, özü də sözügedən məbləği işlədiyi prodakşından tələb edib. Aktrisanın təklifini qəbul ediblər. Beləliklə, Beren Saat Türkiyədə ən çox qazanan aktrisalar siyahısında birinci olmağı bacarıb.

Qeyd edək ki, aktrisa Beren Saat reklam qiymətində də dəyişiklik edib. Belə ki, çəkildiyi şampun reklamında 2 milyon dollar məvacib alacaq.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə