Türkiyənin məhşur aktrisası Məryəm Uzerli yenidən kameraların qarşısına keçəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa Tarkanın klipində rol alacaq. Berlində müalicə alan Məryəm bu sözləri söyləyib: "Tarkanın klipində rol almaq istəyirəm".
"Meqastar"ın cavabı isə məhşur aktrisanı çox gözlətməyib. Belə ki, jurnalistlərin Tarkana "Məryəm sənin klipində çəkilmək istəyir" sualına belə cavab verib: "Niyə də olmasın? Biz bir-birimizə yaraşırıq. Məryəmin bu təklifini böyük məmnuniyyətlə qəbul edirəm".
Qeyd edək ki, sevgilisi Can Ateş tərəfindən tərk edilən 4 aylıq hamilə aktrisa Məryəm Uzerliyə Tarkanla birlikdə bir çox məhşur simalar Demet Akalın, İbrahim Tatlıses, Gülben Ergen, Halit Ergenç və başqaları dəstək olublar.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB