Bergüzar Korel həmkarının işlərini əlindən aldı

Bergüzar Korel həmkarının işlərini əlindən aldı

Aktrisa Bergüzar Korel həmkarı Tuba Büyüküstünün pullarına sahib çıxır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Korel bundan sonra aktrisa Tubanın çəkildiyi reklamın üz qabığı olacaq. Çəkilişlər üçün Varşavaya gedən Bergüzar reklam çarxının ona çox böyük zövq verdiyini xüsusilə vurğulayıb.

Nəzərinizə çatdıraq ki, aktrisa sözügedən reklamdan 1 milyon dollar pul qazanacaq.

Qeyd edək ki, əslində aktrisa Tuba Büyüküstünün rol alacağı düşünülən "Karadayı" serialındakı "Fəridə" obrazını da aktrisa Bergüzar Korel canlandırıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə