“Diva”-nın başına mikrafon düşdü

“Diva”-nın başına mikrafon düşdü

Türkiyənin "Diva"sı Bülent Ersoy konsert proqramı ilə çıxış edərkən gözlənilməz halla qarşılaşıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçının başına mikrofon düşüb. Buna baxmayaraq, müğənni öz mahnılarını oxumaqda davam edib.

Nəzərinizə çatdıraq ki, "Diva" nın başına növbəti xoşagəlməz hadisə gəlib. Belə ki, sənətçinin boyunbağısı saçlarına dolaşıb. Musiqiçilər boyunbağını ifaçının saçlarından çətinliklə çıxarmağa müvəffəq olublar.

Qeyd edək ki, Bülent Ersoy konsertin sonunda tamaşaçılara müğənni İzzet Yıldızhan ilə birlikdə yeni veriliş açacağı xəbərini də verib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə