Yaradıcılığında bir ilkə imza atdı

Yaradıcılığında bir ilkə imza atdı

Türk sənət musiqisinin əsas səslərindən olan Emel Sayın yeni çıxacaq albomunda dəyişiklik edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi ilk dəfə olaraq pop musiqi ifa edəcək.

Nəzərinizə çatdıraq ki, ifaçı "Meqastar" Tarkanın ona hədiyyə etdiyi "Hep bana" adlı bəstəni albomuna əlavə edib.

Qeyd edək ki, Emel Sayının son hazırladığı albom sentyabr ayının 5-də tamaşaçılara təqdim olunacaq.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə