Azərbaycanın əməkdar artisti Azərin bu dəfə də Türkiyənin Kastamonu şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu konsert proqramında da iki qardaş ölkənin bayrağını bir arada dalğalandırıb. Türkiyənin bir çox dövlət tədbirlərində Azərbaycan mədəniyyətini, musiqisini təbliğ edən Azərin bu dəfəki ifası ilə də Türkləri heyrətləndirə bilib. Mindən artıq tamaşaçının toplaşdığı konsert salonunda Azərbaycanın klassik əsərləri, türk bəstələri, xalq musiqiləri səslənib. Azərbaycan müğənnisinin hər ifası böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərin sentyabr ayında yeni layihələri ilə həm Azərbaycan, həm də Türk izləyicilərinin görüşünə gəlməyə hazırlaşır. Artıq uzun illər Türkiyənin TRT Avaz kanalı ilə işbirliyi quran sənətçi, çox güman ki, bu ildən etibarən qardaş ölkənin digər kanalları ilə də əməkdaşlıq edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB