Uzun zamandır kirayə pulunu ödəyə bilmədiyi üçün ev sahibinin küçəyə atdığı söylənilən Samir Bağırovdan xəbər var. Deyilənlərə görə, Samir mətbuat katibinin evinə yerləşib. Estrada müğənnisi jurnalistin mənzilində yaşayır.
Məsələni aydınlaşdırmaq üçün sənətçinin özü ilə dəfələrlə telefon əlaqəsi yaratmaq istədik. Ancaq ifaçı zəngimizə cavab vermədi.
Samir Bağırovun dostu olan ancaq adının çəkilməsini istəməyən şəxs sözügedən sənətçinin hazırda atasının yanında olduğu dedi: "Bağırov hazırda atası ilə birgə qalır. Atasının 2 otaqlı evi var. O, sözügedən mətbuat katibi ilə bir evdə yaşaya bilməz. Çünki jurnalistin yaşadığı mənzil çox kiçikdir".
Qeyd edək ki, Samir Bağırov narkotik audəçisi olan sənətçilər sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB