Məhşur müğənni yemək payladı FOTO

Məhşur müğənni yemək payladı FOTO

Türkiyənin tanınmış müğənnisi Alişan fərqli addımı ilə seçilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi restoranların birində motosikletlə sifarişçilərə yemək paylayıb. İfaçını yemək paylayan görən insanlar isə öz təəccüblərini gizləyə bilməyiblər. Alişan etdiyi hərəkəti belə izah edib: "İşlər çox olanda mən də bacardığım qədər onlara kömək edirəm. Əsas odur ki, müştərilər razı qalsınlar. İnsanlar sifarişi alanda məni görüb təəccüblənirlər. Bu da mənim çox xoşuma gəlir".

Alişanın sözügedən görüntülərini sizlərə təqdim edirik:

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə