Aparıcılar Cavid Gül və Şəhriyar Əbilov yeni layihəyə başlayırlar. Həmkarlar ATV telekanalında yayımlanacaq "Bığ" şou ilə tamaşaçıları təəccübləndirəcəklər. Bu haqda SİA-ya Cavid Gül məlumat verib: "ATV telekanalında həmkarım Şəhriyar Əbilovla yeni şouya start veririk. Uzun zamandır ki, bu cür proyekt ərsəyə gətirmək istəyirdik. Bu vaxtadək bunu etməməyimə səbəb isə yaşımın və təcrübəmin az olması idi. Azərbaycanda "Bığ" layihəsinə uyğun verilişlər olub. Ancaq gözlədiyim nəticəni verməyib. Şəhriyarla öz komandamıza çox güvənirik. Şükürlər olsun ki, istedadlı heyətlə çalışırıq. Onu da deyim ki, bu verilişin məhşur rusiyalı aparıcı İvan Urqantın və Bəyazit Öztürkün şousuna bənzəyəcəyini gizlətmirik. Kimsə deyə bilər ki, yenə özləri heçnə düşünə bilməyib "Beyaz şou"nu təkrar edirlər. Bizi qınayan insanlara demək istərdim ki, onlar kimi səviyyəli tok şou yaratmaq fikrimiz var. Bu cür tip tok-şoular dünyanın hər yerində var. Düşündük ki, Azərbaycan tele-məkanında da olsun. Tamaşaçılardan xahiş edirəm ki, Şəhriyarı Bəyazla, nə də məni Urqantla müqayisə etməsinlər. Çünki bu insanlar öz möhürlərini vuran böyük şoumenlərdir. Sonda xüsusilə vurğulayım ki, "Bığ" şouda qonaqlar fərqli olacaq. Veriliş haqda ərtaflı məlumat verməyəcəm ki, insanlarda maraq hissi doğursun. Amma deyə bilərəm ki, tamaşaçıları hədiyyələr və sürprizlər gözləyir. İstəyirik ki, bizi sevən də, sevməyən də "Bığ" layihəsini izləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB