Dünya ulduzu istirahətinə sərvət xərclədi

Dünya ulduzu istirahətinə sərvət xərclədi

Amerikanın məhşur müğənnisi Rihanna yenə hamıdan seçilməyi bacarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sənətçi yaxşı istirahət etmək üçün sərvət xərcləməkdən çəkinməyib. Yaxın dostları və ailəsi ilə birlikdə tətilə çıxan ulduz bütün xərcləri öz üzərinə götürüb.

Nəzərinizə çatdıraq ki, ümumulikdə 800 min dollar pul xərcləyən ifaçı qayıq kiralamaq üçün 400 min dollarından keçib. Həmçinin bir həftəlik gecə həyatına 300 min dollar, aksesuar və geyimləri üçün isə 100 min dollar pul xərcləyib.

Qeyd edək ki, sənətə gələr-gəlməz parlayan ulduz Rihanna hər il ən azı 50 milyon dollar pul qazanır.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə