Dünya xalqlarının rəqslərinin mahir ifaçısı, peşəkar rəqqas İlham Kərimli yeni rəqs nömrəsi hazırlayıb. SİA-ya açıqlama verən rəqqas "Teador" adlı ispan rəqsini ərsəyə gətirdiyini deyib: "Xarakterik rəqsdir. İspanların sevimli döyüş növü olan öküz döyüşündən təsirlənərək yaradılan rəqs hərəkətlərindən ibarətdir. Xoreoqraf Fərhad Vəliyevin quruluş verdiyi rəqsi matador kostyumunda ifa etmişəm".
Qeyd edək ki, rəqqas xüsusi olaraq "Teodor" rəqsi üçün hazırlandığı bu kostyumun sırf əl işidir və rəqs kostyumları içində ən bahalı olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB