Bəstəkar qızının doğum gününü belə qeyd etdi

Bəstəkar qızının doğum gününü belə qeyd etdi

Bəstəkar və təşkilatçı Gövhər Həsənzadənin qızının 10 yaşı tamam olub. SİA-nın verdiyi xəbərə görə, ad günü şəhər kənarında keçirilib. Balaca Nilgünün doğum gününə millət vəkili Qənirə Paşayeva, rəfiqələri və sinif yoldaşları, şou-biznes nümayəndələri ailələri ilə birlikdə təşrif buyurublar.

Nəzərinizə çatdıraq ki, gecəni idarə etmək aktyor Elşən Cəbrayılova həvalə olunub.

Qeyd edək ki, xanım Həsənzadənin qızının ad günündə Kərim Abbasov, Almaz Ələsgərova, Elnur Məmmədov ilk dəfə olaraq yeni mahnılarını məhz orda səsləndiriblər. Hər üç mahnının müəllifi Gövhər Həsənzadə olub. Almazın ifa etdiyi bəstə isə xüsusi olaraq Nilgün üçün yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə