Qızlar tərəfindən bəyənilən müğənninin həyatında kim var? MÜSAHİBƏ
Müğənni Gökhan Erolun SİA-ya müsahibəsi:
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Təbii ki, hər bir sənətçi kimi mənim də yaradıcılığımda yeniliklər var. Tezliklə yeni mahnılarımı sevənlərimə təqdim edəcəm. Bir az da səbr etsinlər sentyabr ayından gözəl mahnılarımla qarşılarına gələcəm.
- Bu yay istirahət etmisinizmi?
- Mənim üçün mahnı oxumaq elə istirahət deməkdir. Bu yay bir çox əyləncə məkanlarında konsertlərim olub.Tətil etmək, dincəlmək hələ tezdir. Bir sözlə işləməyə davam...
- Azərbaycanlı sənətçilərdən kimləri bəyənirsiniz?
- Azərbaycanlı sənətçilər arasında bəyəndiklərim çoxdur. Onu da deyim ki, elə mən də azəri əsilliyəm. Uşaqlıqdan dinlədiyim və çox sevdiyim sənətkar xalq artisti Məmmədbağır Bağırzadənin adını çəkə bilərəm. Onun mahnılarını çox sevirəm. Allahdan sənətkarımıza rəhmət diləyirəm.
- Aygün xanımla duet oxumusunuz. Başqa hansı azərbaycanlı sənətçisi ilə duet oxumaq istəyərdiniz?
- Bəli. Aygün xanımla duetim çox sevildi. Hələ belə bir təklif yoxdur. Əgər olsa sevə-sevə oxuyaram.
- Gökhan bəy bildiyimiz kimi siz də "Sənsiz olmaz" mahnısını ifa etmisiniz. Sözügedən bəstəni əməkdar artist Abbas Bağırov da oxuyub. Aranızda bu manıya görə mübahisə yaranmayıb?
- Əvvəla onu deyim ki, "Sənsiz olmaz" mahnısının sözləri Leyliyə, bəstə və aranjimanı qardaşım Hakan Erola məxsusdur. Bu mahnını Abbas məndən əvvəl ifa edib. Sonra mən də oxudum. Hazırda radiolarda, internetdə ən çox dinlənən mahnıdır.Youtubda 130.000 dən çox izlənilib. Nə deyə bilərəm ki, bizi sevib dinləyən izləyənlərimə təşəkkür edirəm.
- Sizin fikrinizcə "Sənsiz olmaz" mahnısını daha yaxşı kim ifa edib?
- Bunu mən deyə bilmərəm. Hər sənətçinin öz oxumaq tərzi var. Ən son qərarı dinləyicilər versin.
- Bildiyimizə görə, siz 1 il Azərbaycandan kənarda yaşadınız, buna səbəb nə idi?
- Bəli Azərbaycanda 1 il olmadım. Çünki Türkiyədə, Hollandiyada, Almaniyada, İsveçrədə və başqa ölkələrdə konsertlərim verdim. Hazırda isə yaradıcılığımı həm Türkiyədə, həm də burada davam etdirməyə çalışıram.
- Bir neçə gün bundan əvvəl usaqlar evində olmusunuz. Bu cür tədbirlərdə olmaq necə hissdir? Tez-tezmi kimsəsiz uşaqlar evini ziyarət edirsiniz?
- İlk öncə onu deyim ki, uşaqlar bizim gələcəyimizdir. Onları sevindirmək bizim borcumuzdur. Üzlərindəki təbəssümü az da olsa görmək məni çox sevindirir. Sagolsunlar canlarım mahnılarımı əzbər oxuyurdular. Təbii ki, bu məni çox duyğulandırdı.
- Sizcə Türkiyədə məhşur olmaq daha asandır, yoxsa Azərbaycanda?
- Sənət sənətdir. Bu işin məmləkəti yoxdur. Əgər sənət varsa bir şəkildə harda olduğundan asılı olmayaraq o özünü mütləq göstərəcək.
- Sizi kifayət qədər xanımlar bəyənir. Bilmək olar sizin həyatınızda özəl kimsə var?
- Xeyr. Şəxsi həyatımda musiqidən başqa kimsə yoxdur. Yəni sadəcə həyatım musiqidən ibarətdir.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB