“Su və Ateş” Amerikada da yayımlanacaq

“Su və Ateş” Amerikada da yayımlanacaq

Türkiyənin məhşur müğənnisi Özcan Deniz film çəkməkdə davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi "Su ve Ateş" adlı film çəkir. Filmin London çəkilişində Özcan böyük sürpriz ilə qarşılaşıb. Belə ki, "Boleyn kızı" ,"Aşık Sheakspeare" və "Marilyn ilə bir həftə" kimi Hollivud filmlərinin məhşur prodüsseri Mark Cooper ifaçının filminin çəkildiyi məkana gəlib. Çəkiliş müddətində prodüsser Özcan Denizə öz məsləhətlərini verməyi unutmayıb.

Nəzərinizə çatdıraq ki, sənətçinin tərəf müqavili aktrisa Yasemin Allen olacaq.

Qeyd edək ki, prodüsser Mark Cooper "Su ve Ateş" adlı filmin Amerikada satışa çıxarılması barədə Özcan Denizlə də razılığa gəlib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə